Azər Zahidin həbs müddəti uzadıldı

media-hightechnic-468x90

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600