Azərbaycan-Belarus məsləhətləşmələri keçiriləcək
İyunun 19-da Bakıda Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək.
Belarusun ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Belarus nümayəndə heyətinə Belarus xarici işlər nazirinin I müavini Aleksandr Mixneviç rəhbərlik edəcək.
Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Məsləhətləşmələr zamanı iqtisadi-ticarət, elmi-texniki və humanitar sahələrində əməkdaşlıq, hüququ bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Belarus tərəfdaşlığı daxil olmaqla, ikitərəfli münasibətlərlə bağlı məsələlərin geniş spektri müzakirə ediləcək.
Məsləhətləşmələr Azərbaycan və Belarus xarici siyasət idarələri arasındakı dialoq çərçivəsində baş tutacaq.