!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan bu ölkə ilə 8 yeni saziş üzərində işləyir - Nazir açıqladı

!Reklam – Yazi

Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni sazişin imzalanması üzərində işləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib: “Bu günə qədər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində 20 sənəd imzalanıb, tərəflər 8 yeni sənəd üzərində işləyirlər”.

Daha sonra nazir qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yaxın münasibətlər mövcuddur.

“1991-ci il 30 dekabrda Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik əlaqələr quruldu”.

S.Şərifov qeyd edib ki, ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər:

“Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan Səudiyyə Ərəbistanının bu məsələdəki prinsipial mövqeyini yüksək qiymətləndirir”.

COP29

www.yenicag.az

1221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv