BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət şirkəti “DP World” BƏƏ-nin şərqində Hörmüz boğazından yan keçməklə neft və digər malların daşınması üçün yeni çoxfunksiyalı liman və konteyner terminalı inşa edəcək.
“Report”un xəbərinə görə, bu barədə “The Financial Times” (FT) şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fuceyra sahil zonasındakı yeni infrastruktur əmirliyin flaqman mərkəzi olan Cəbəl-Əlidən asılılığını azaldacaq. ABŞ-İran münaqişəsinin kəskinləşməsindən sonra regionun ən böyük konteyner limanı olan Cəbəl-Əlidə fəallıq 90-95 % azalıb. Bu, “DP World”ü beynəlxalq tərəfdaşlarını təchiz etmək üçün alternativlər axtarmağa sövq edib.













