Neft bahalaşdı, qızılın qiyməti endi
Londonun ICE birjasında sentyabr ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 16 iyundan bəri ilk dəfə olaraq barel üçün 83 dolları keçib.
Yenicag.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti 9,22% artaraq barel üçün 83,02 dollara çatıb.
Comex birjasında avqust ayı üçün qızılın fyuçerslərinin qiyməti 1 iyuldan bəri ilk dəfə olaraq troy unsiyası üçün 4000 dollardan aşağı düşüb.
Qızıl 2,94% azalaraq troy unsiyası üçün 3992,9 dollara çatıb.













