Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu

media-hightechnic-468x90

İstoçno-Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə açıq Avropa Kuboku başa çatmaq üzrədir.

Yenicag.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan idmançısı Məhərrəm İmamverdiyev (81 kq) finala gedən yolda Mateuş Saliş (Polşa), Ari Vinkler (İsrail), Mo Van Dum (Niderland) və Botond Totu (Macarıstan) məğlub edib.

Həlledici görüşdə M.İmamverdiyev Niderland idmançısı Koen Van Vindendən güclü olduğunu sübut edərək, turnirin qalibi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600