“Azərbaycan da istəməz ki, Pakistan belə ağır müharibəyə girsin” – Savaşın IV raundu BAŞLAYIR?
“İki böyük hərbi potensialı olan ölkənin qarşılaşması ağır nəticələrə yol aça bilər”.
Bu sözləri Pakistanla Hindistan arasındakı gərginliyi Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, iki ölkə arasında müharibə böyük fəlakətə yol aça bilər:
“Hindistan və Pakistan əhalilərinin sayına görə ən böyük dövlətlərdən sayılırlar. İnsan resurs hər iki ölkənin böyük ordu yaratmasına gətirib çıxarıb. Hər iki ölkənin nüvə silahına malik olması isə bu müharibənin təkcə region üçün yox, dünya üçün böyük təhlükə mənbəyinə çevirir. Həm Hindistan, həm də Pakistan bir-birini nüvə silahı ilə təhdid edir. Ona görə də bu müharibənin olmaması üçün böyük dövlətlər hərəkətə keçməlidirilər”.
Onun sözlərinə görə, insan resursu və nüvə silahı ilə yanaşı hər iki ölkənin çox böyük müdafiə sənayesi var:
“Hər iki ölkə ən kiçik silahlardan tutmuş, hərbi təyyarələrə qədər istehsal edir. İki böyük hərbi potensialı olan ölkənin qarşılaşması ağır nəticələrə yol aça bilər. Çin və Türkiyə Pakistana hərbi yardım edir. Pakistan Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan da istəməz ki, Pakistan belə ağır müharibəyə girsin. Müharibəyə hazırlığın getdiyini görürük. Pakistanla Hindistan bu günə qədər 3 dəfə ağır müharibə etdiyi üçün 4-cü dəfə də müharibə etməsi ehtimalı çox yüksəkdir. Ümid edirəm ki, belə bir müharibə baş verməz”.
Səxavət Məmməd