!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Dəmir Yolları şikayətçiləri özündən çıxardı - "Biz dəliyik?"

!Reklam – Yazi

Azərbaycan Dəmir Yollarından işçilər ixtisar edilib, onlara öz istəklərilə işdən çıxmaları barəsində ərizə yazmaqları məsləhət görülüb.

İşdən çıxarılmış Məmmədov Maqsud və Əliyev Tahirin Yenicag.az-a verdiyi məlumata görə, onları 27.11.2018-ci il tarixində Azərbaycan Dəmir Yollarının Qərb istiqaməti, Köçərli stansiyasından işdən azad ediblər.

Şikayətçilərin sözlərinə görə, Gəncə Şəhər Dövlət Dəmiryol İdarəsinin rəisi Qurban Nəbiyev onları qəbul edərək, işdən azad edilməyəcəklərini bildirib. Ancaq bir neçə gün sonra onları işdən azad ediblər. İşdən çıxarılmış şəxslərə könüllü ərizə yazmaq təklifi edilib, ancaq onlar bununla razılaşmayıblar.

Buna görə də, adıçəkilən şəxslər “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanova, ölkə rəhbərliyinə işdən qanunsuz olaraq azad edilməkləri barədə şikayət ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin rəisinin müavini P.Kərimovun imzası ilə göndərilən məktubda Məmmədov Maqsud və Əliyev Tahirin öz imzası ilə işdən azad edildiyi deyilib.

Şikayətçilərdən Maqsud Məmmədov bildirib ki, bu cəfəngiyatdır:

“Bunların sözündən belə çıxır ki, biz dəliyik? Necə yəni öz imzamızla ərizə yazmışıq? Qurban Nəbiyev bizi özü qəbul etdi, məcburi köçkün olduğumuz üçün bizim imtiyazımız olduğunu və işdən çıxarılmayacağımızı dedi. Ancaq bir neçə gün sonra yenidən çağırıb bildirdilər ki, işdən çıxarılırsınız. O zaman bizə təklif edildi ki, “özünüz ərizə yazın, 3 aylıq maaşınızı ödəyək”. Biz də ərizə yazmadıq”.

Tahir Əliyev isə bunları deyib:

“Hansı insan ailəsinin yeganə qazanc yerindən öz ərizəsi ilə çıxar? Bunlar bizi nə yerinə qoyub? İşimiz yoxdur. Ailəmizi necə saxlayaq? Xarici ölkədən sığınacaq istəyək? Yalan olar, amma daha bu qədər də yox. Buradan ölkə rəhbərliyinə səslənirik, Azərbaycan Dəmir Yollarındakı özbaşınalığa əncam çəksin”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2874
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv