“Gadamly” ilk quru yük gəmisi Bakı Limanına yanaşıb

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC-nin Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb.

media-banner_tkm

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək.

Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.

Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05