Azərbaycan eboladan əziyyət çəkən ölkələrə 1 milyon ayırır

media-hightechnic-468x90

76898Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

“Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib: Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik”.

BMT-nin iqamətgahında eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.

Kanada “Ebola” virusu ilə mübarizə aparmaq üçün peyvənd hazırlayıb.

ANS PRESS-in məlumatına görə, yeni dərman hazırda təcrübə mərhələsindədir. Kanadalı həkimlər peyvəndi artıq Dünya Sağlamlıq Təşkilatına təklif edib.

Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan “Ebola” virusu bu günə yüzlərlə insanın ölümünə səbəb olub. Bu virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu ilə yayılır.
Virus Afrika ölkələrindən yayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600