2023-cü ildə Azərbaycan 560,837 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 14,1 % azdır.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,706 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 6,4 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,2 %-ni, ixrac isə ümumi ixracının 0,04 %-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilə nisbətən 2,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 33 milyard 899milyon ABŞ dolları ixracın, 17 milyard 285milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11,1 % azalıb, idxal isə 18,9 %artıb.
Son nəticədə xarici ticarətdə 16 milyard 613milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 % azdır./report
www.yenicag.az