Azərbaycan əhalisinin 65 faizi 2021-ci ildən ümidlidir

media-hightechnic-468x90

Dünya əhalisinin 43 faizi 2021-ci ili nikbinliklə gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə “Gallup International” agentliyinin 41 ölkədə keçirdiyi rəy sorğusunda deyilir.

Eyni zamanda, respondentlərin 26 faizi ciddi dəyişikliklər gözləmir, 24 faiz qarşıdan gələn ilə bədbin yanaşır.

Ölkələr arasında nikbinlik səviyyəsinə görə Azərbaycan ilk üçlükdə yer alıb. Ölkədə gələn illə bağlı nikbinlik səviyyəsi 65 faiz təşkil edib. Bu göstəricidə Azərbaycan yalnız Nigeriya (69 faiz) və İndoneziyadan (66 faiz) geri qalıb. Liderlər arasında ABŞ, Finlandiya, Hindistan kimi ölkələr də yer alıb.

Ən bədbin ölkələr isə İtaliya, Honq Konq və Bolqarıstan hesab olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600