Sertifikasiya imtahanı verən müəllimlərin NƏZƏRİNƏ
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA) məlumat yayıb.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında 6 455 nəfər müəllim iştirak edib və 98% davamiyyət qeydə alınıb.
Qeyd edək ki, test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 25-i saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Müraciətlərin qəbulu iyulun 25-i saat 12:00-dək davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.













