İran və Səudiyyə Ərəbistanı regional məsələləri müzakirə etdi

media-hightechnic-468x90

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub və tərəflər ABŞ ilə danışıqlar prosesini müzakirə ediblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə A. Əraqçi “Telegram” kanalında məlumat yayıb.

İranın xarici işlər naziri həmkarını danışıqlar prosesindəki son vəziyyət, əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlər və bu çərçivədə aparılan məsləhətləşmələr barədə məlumatlandırıb.

Tərəflər həmçinin regional və beynəlxalq gündəmdəki son hadisələri müzakirə ediblər. Regional sabitliyin dəstəklənməsi, danışıqlar prosesinin irəliləməsi və müsbət, davamlı nəticələrin əldə olunması məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Bundan başqa, diplomatik kanalların açıq saxlanılmasının və birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05