Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir - Elmar Məmmədyarov

media-hightechnic-468x90

“Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xarici İşlər naziri qeyd edib: “Azərbaycan hələ də öz müstəqilliyini və suverenliyini gücləndirməli, ərazi bütövlüyünü təmin etməlidir”.

E.Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən də danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600