!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının ŞƏRTLƏRİ – Ceyhun Bayramov AÇIQLADI

!Reklam – Yazi

“Ölkə başçısı tərəfindən dəfələrlə səsələndirilmiş fikir ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkələrin suverenliyinin, ərazi bötüvlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşmasının tərəfdarıdır”.

Yenicag.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir bildirib ki, Ermənistan region ölkələrinin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin inkişafına alternativin olmamasını nə qədər tez anlayarsa, bu, nəinki Ermənistan və Azərbaycan, həm də region ölkələri üçün yaxşı nəticələr verə bilər.

“Azərbaycanın bu istiqamətdə mövqeyi dəyişməzdir və dəfələrlə öz mövqeyini ortaya qoyub”, – nazir əlavə edib.

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv