Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində öldü

media-hightechnic-468x90

96439Bu gün Fövqəladə Hallar Nazirliyi Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır(qafqazinfo).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa