Azərbaycan əsgərləri Ukraynana göndərilir

media-hightechnic-468x90

23818ABŞ Müdafiə Nazirliyi yenidən Ukraynada “Sürətli Qurğu 14” birgə hərbi təlimlərinə start verəcək.

Təlimlərdə ABŞ-dan 200 əsgər iştrak edə bilər. Bu barədə çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Qruqori Xiks xəbər verib.

“Biz yenidən bu təlimləri keçirməyi planlaşdırırıq”- deyə Xiks bildirib.

Reuters agentliyinin əldə etdiyi məlumata əsasən birgə təlimlərə 1100 hərbiçi olmaqla Azərbaycan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Litva, Latviya, Rumıniya və Böyük Britaniya da qatılacaq.

Təlimlərin 16-26 sentyabr tarixində keçiriləcəyi planlaşdırılır. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600