Azərbaycan helikopteri çimərliyə təcili eniş etdi - FOTO / VİDEO 

media-hightechnic-468x90

Azərbaycan bayraqlı hərbi helikopter çimərliyə təcili eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Qeyd edilib ki, üzərində Azərbaycan bayrağı əks olunan hərbi helikopter Türkiyənin Girəsun şəhərindəki çimərliklərdən birinə təcili eniş edib.

İlkin məlumata görə, yaranan texniki nasazlıq helikopterin təcili eniş etməsinə səbəb olub.

Helikopterin çimərliyə enməsi vətəndaşlar tərəfindən təəccüblə qarşılanıb.

Azərbaycan bayraqlı helikopterin ərazidə nə üçün uçuş həyata keçirdiyi isə bəlli deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600