Azərbaycan Hindistana cavab verdi

media-hightechnic-468x90

“Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi münasibət bildirib .

O, sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Arindam Bağçi qeyd edib ki, münaqişə hərbi yolla həll edilə bilməz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600