!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan ictimai-siyasi həyatında indiyədək olmayan HADİSƏ: “Bunlar mühüm əhəmiyyət kəsb edən proseslərdir”

!Reklam – Yazi

“Seçkidə hər bir namizədin vəkilləri olmaqla yanaşı, kampaniyanı aparan seçki texnoloqları, PR komandaları olmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində rəqabət mühitinin necə formalaşacağından və proseslərin gedişatından danışan politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan ictimai-siyasi həyatında indiyə qədər olmayan hadisələr baş verir.

“Həm prezident, həm parlament, həm də qarşıdan gələn aylarda keçiriləcək bələdiyyə seçkiləri Vətən müharibəsi qələbəsi və Bakıda keçiriləcək beynəlxalq əhəmiyyətli iqlim tədbiri fonunda mühüm əhəmiyyət kəsb edən proseslərdir. Parlament seçkisi isti yay aylarına düşdüyünə görə kampaniya passiv keçəcək.

Əlavə olaraq, qəribə proseslərin baş verdiyini qeyd etmək lazımdır. Ata oğula görə namizədlikdən imtina edir və s. Düzdür, bu, konstitusion hüquqdur, lakin Azərbaycan ictimai rəyində yaxşı qarşılanmır. Sanki bunlardan başqa layiqli namizəd yoxdur”, – deyə politoloq bildirib.

O, deyib ki, Azərbaycanda namizədlərin bir çoxu vaxt və insan resursuna deyil, daha çox maddi resursa diqqət edirlər:

“Dünya praktikasına əsasən vaxtı düzgün seçən, maddi baxımdan az imkanı olan namizəd, vaxtı düz seçməyən və maddi resursu çox olan rəqibinə qalib gələ bilir. Azərbaycanda seçki kampaniyasında mütəxəssislərlə, PR komandası ilə müqavilə bağlamaq ənənəsi yoxdur. Öz qohum-əqrəbası ilə kampaniya aparmaq düzgün praktika deyil. Seçkidə hər bir namizədin vəkilləri olmaqla yanaşı, kampaniyanı aparan seçki texnoloqları, PR komandaları olmalıdır. Təəssüf ki, çox az hallarda namizədlər bu xidmətlərdən istifadə edir.

Əvvəlki seçkilərdə az da olsa, namizədlər arasında Qərb standartlarına uyğun kampaniya aparanlar, seçicinin ayağına gedənlər var idi. Bu seçkilərdə də belə halların yaşanmasını istərdik. Çünki namizəd seçicini saymalı, özünə inandırmalıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv