Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli bəlli oldu

media-hightechnic-468x90

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərininiyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan Yenıcag.az-a verilən məlumata görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.

Cüdoçu Hidayət Heydərov (450) ikinci, idman gimnastı Nikita Simonov (430) isə üçüncü sıraya yüksəlib.

Bədii gimnast Zöhrə Ağamirova (340), cüdoçular Zelim Kotsoyev (330), Rəşid Məmmədəliyev (295), Yaşar Nəcəfov (290), Balabəy Ağayev (290), Elcan Hacıyev (290) növbəti sıralarda yer alıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600