Azərbaycan ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsini göstərdi - VİDEO

media-hightechnic-468x90

Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib.

Qeyd edək ki, YARASA döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar.

YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600