!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatı böyüdü

!Reklam – Yazi

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 175,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çox ümumi daxili məhsul istehsal olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 10,1 % artıb.

ÜDM istehsalının 53,6 %-i sənaye, 7,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,1 %-i tikinti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.

Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri 58,9 % artaraq 1 910 manat olub.

COP29

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv