!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: “Bu proqnozların reallıq payı...” - Əkrəm Həsənov

!Reklam – Yazi

“Mövcud şəraitdə Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı hesabatı real vəziyyətə uyğundur”

Dünya Bankının hesabatına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında 1,9 faiz artım gözlənilir. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

İqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında Dünya Bankının qeyd olunan proqnozlarını şərh edib. Onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət stimul yaradır:

“Mövcud şəraitdə müxtəlif nüfuzlu qurumların proqnozlarını birmənalı qiymətləndirmək çətindir. Çünki vəziyyət çox dəyişkəndir. Pandemiya dövrü və dünyadakı geosiyasi vəziyyət olduqca qarışıqdır. Bu baxımdan, Dünya Bankının proqnozları sadəcə, optimal bir variantdır.

Ümumiyyətlə, hesab edirəm ki, irəli sürülən proqnozda reallıq payı var. Bir tərəfdən nefti bahalaşır və bu, Azərbaycanın iqtisadiyyatı üçün müsbət haldır. Düzdür, yaxın gələcəkdə neftin qiymətində də dəyişiklik baş verə bilər, amma mövcud şəraitdə bu il 1,9 faiz, gələn il 4,5 faizlik artım gözləniləndir.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri də işğalda olan torpaqlarımızın azad edilməsidir. Bu fonda ölkəyə daxili və xarici sərmayə axını gözlənilir”.

Gülşən Şərif

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv