!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-İran münasibətləri: "Gərginlik müharibə ilə nəticələnməyəcək" - ŞƏRH

!Reklam – Yazi

“İran Qarabağ böhranından, Azərbaycanın Ermənistana uduzmasından, Azərbaycan da İranın dünyadan təcrid olunmasından istifadə etməyə çalışırdı”.

Bu sözləri gərginləşməkdə davam edən İran-Azərbaycan münasibətləri və bunun fonunda gözlənilənləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, İranla Azərbaycan arasındakı gərginlik müharibə ilə nəticələnməyəcək:

“Azərbaycan-İran münasibətləri Azərbaycanın müstəqillik illərindən yuxarı-aşağı gedib-gəlir. Bu da onu göstərir ki, iki dövlətin arasında tam şəkildə anlaşma, mehriban münasibətlər qurmaqla bağlı fikir yoxdur. Hər iki tərəf digər tərəfin çətinliklərindən sui-istifadə etməyə çalışır. İran çalışırdı Azərbaycanın Qarabağ böhranından, Ermənistana müharibədə uduzmasından istifadə etsin. İran həm maddi xeyir götürürdü, həm də Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. Azərbaycan isə İranın təcrid olunmasından istifadə etmək istəyirdi. İki dövlət arasında bölməli heç nə yoxdur. Azərbaycan İrana, İran da Azərbaycana qalib gələ bilməyəcək. Bu həm də ondan irəli gəlir ki, quruluşlar çox fərqlidir.

İranın xarici siyasətinin ən böyük səhvi İsraili bir dövlət kimi tanımamasıdır. Bunu başa düşmək olmur. Belə bir şəraitdə hər zümrənin öz marağı var. Azərbaycan təzə-təzə müstəqillik əldə ediləndə Təbrizdən danışırdılar. Bunun əsası sovet dövründən qoyulmuşdu və davam edir. Deyirlər, Azərbaycanı farslarla, ruslar iki yerə bölüb. Bu necə ola bilərdi ki, o zaman İranda türk sülaləsi olan Qacarlar hakimiyyətdə idi. İran əslində türk dövləti idi, son 100 ilə yaxındır ki, fars dövlətinə çevrilib”.

Səxavət Məmməd

www.yenicag.az

37912
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv