Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan-İran sərhədində insident - 1 nəfər bıçaqlandı/FOTO

İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədinin pozulması müşahidə olunub.

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Bu barədə Yenicag.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.

www.yenicag.az

4416
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM