Azərbaycan İŞİD-ə qarşı koalisiyada iştirak etsin, etməsin?

media-hightechnic-468x90

Işid-21Elman Nəsirov: “Bunun üçün öncə real situasiya dəqiq qiymətləndirilməlidir…”

IŞİD-in daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq, onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb. Virtualaz.org vesti.az-a istinadən bildirir ki, bu barədə Another Western Dawn News adlı Avropa nəşri məlumat yayıb. Bu təhdidin nə dərəcədə real olduğğunu deyə bilmərik. Amma hər halda proses ciddi nəzarətdə saxlanılmalıdır. Çünki, artıq İŞİD rəsmiləri tərəfindən Azərbaycan da hədələnir. Belə vəziyyətdə Azərbaycan İŞİD-ə qarşı koalisiyaya daha fəal şəkildə qoşulmalıdırmı?

Politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bunun üçün öncə real situasiyanın dəqiqləşdirilməsinin vacib olduğunu, ancaq bundan sonra qərar verilə biləcəyini bildirdi: “Azərbaycanın müstəqil, ayrı-ayrı dövlət, beynəlxalq təşkilatlar və siyasi dairələrin diqtəsi altında deyil, ölkənin milli mənafeyindən çıxış edərək öz daxili və xarici siyasətini həyata keçirir. Azərbaycan beynəlxalq terrorizmə qarşı koalisiyanın önündə gedən dövlətdir. Azərbaycan İraqda bu koalisiya tərkibində fəaliyyət göstərib. Əfqanıstanda da  bu fəaliyyətini həyata keçirir. İŞİD-ə qarşı mübarizənin gedişaatında ölkəmizin fəallığı məsələsinə gəldikdə, bunun üçün öncə real situasiya dəqiq qiymətləndirilməli, mübarizənin mahiyyət və hədəfləri, tərəflərin geopolitik maraqları, beynəlxalq konyuktura məsələləri nəzərə alındıqdan sonra, ölkəmizin milli maraqlarından çıxış etməklə adekvat addımı ata bilər. Bu halda Azərbaycanın davranışı yalnız dediyim parametrlərin dəqiq ölçülüb-biçilməsi, saf-çürük edilməsi, prosesdə faəl iştirakın ölkəmizə gətirə biləcəyi faydalılıq əmsalı, onun dünyada sülh və təhlükəsizliyə nə dərəcədə xidməti kimi məqamlar nəzərdən keçirildikdən sonra müvafiq addımlar atıla bilər”.

Politoloq Fikrət Sadıxov isə konkret olaraq söylədi ki, Azərbaycanın İŞİD-ə qarşı koalisiyada iştirakına ehtiyac yoxdur: “İŞİD radikal şüarlar altında Yaxın Şərq ölkələrində öz qanunlarını təsis etmək istəyir. Bir sıra regionlarda bu istəyə nail də olublar.MDB məkanında olan ölkələr də İŞİD-in hədəfindədir. Azərbaycan da burada istisna deyil. Amma şüarlarla reallıq arasında böyük fərq var.İŞİD-ə qarşı mübarizədə ölkəmizin də koalisiyaya qoşulmasına ehtiyac yoxdur. Sadəcə olaraq, bir sıra müttəfiq dövlətlərlə alyanslar yaradıla bilər”.

Rüfət

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600