İlham İsmayılov bildirib ki, ilk dəfə olaraq D-8 təşkilatının sıralarının genişləndirilməsi qərara alındı və Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçildi:
“Bu da öz növbəsində Azərbaycan hökumətinin müstəqillik dövründə, xüsusilə xarici siyasətində nail olduğu uğurlarla, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın igidliyi və şücaəti sayəsində qazandığımız zəfərlə, Qafqaz regionunda sülhə nail olunması ilə bağlıdır. Artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal bir ölkəyə çevrilmişdir. Türk Dövlətləri Birliyinin yaranmasının əsas təşəbbüsçüsü və təşkilatçılarından olan Azərbaycanın belə bir beynəlxalq təşkilata üzv olması digər İslam dövlətlərinin də Azərbaycanı nüfuzlu bir tərəfdaş ölkə kimi görməyinin nəticəsidir”.
www.yenicag.az