Azərbaycan ixracatdan əldə etdiyi gəlirləri hara xərcləyəcək? – Ekspert rəyi

2015-2016-cı illərdə Azərbaycanın xarici dövlət borcu 25%-ə yaxın artıb. Nəticədə, indi xarici borcun ümumi daxili məhsuldakı (ÜDM) payı 7,5 faizdən 21 faizədək yüksəlib.

Özü də artan borclar əsasən qısamüddətli -10 ilə qədər olan borclardır. Son statistikaya görə, 2025-ci ilədək qaytarılmalı xarici borclarımız 4 milyard dolları keçib. Xarici borcumuzun ÜDM-də payının bu qədər sürətlə artması hansı fəsadlara gətirib çıxara bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bir necə ildən sonra borcların qaytarılması prosesində ciddi problemlərlə üz-üzə qalacağıq:

Natiq Cəfərli ile ilgili görsel sonucu“Əslində, indinin özündə də son illər kəskin şəkildə artsa da, ölkəmizin xarici borcları idarə olunan səviyyədədir. Sadəcə, trend olaraq təhlükəli bir məqama qədəm qoymuşuq. O mənada ki, son iki ildə borclanmanın sürəti artıb. Cari ildə də növbəti borc kreditlərinin götürülməsi gözlənilir. Sürətin belə artması təbii ki, gələcəkdə Azərbaycanda borcların qaytarılması sahəsində də problemlər yarada bilər. Çünki borcların intensiv qaytarılması dövrü təxminən 2020-ci ildən sonrakı dövrə təsadüf edəcək. O dövrdə də Azərbaycanda əsas ixracat məhsulu olan neft hasilatının kəskin azalması gözlənilir. Yəni alternativ istehsal sahələri tapılmasa, neftdən başqa digər sahələr üzrə ciddi ixracat potensialına nail olmasaq, bir necə ildən sonra borcların qaytarılması prosesində ciddi problemlərlə üz-üzə qalacağıq.

Borcların sürətlə artması onun faizlərinin də sürətlə artmasına səbəb olur. Həm də beynəlxalq reytinq agentliklərində Azərbaycanın kredit dərəcəsinin aşağı düşməsilə borcların dəyəri artır və daha yüksək faizlə borc götürməyə məcbur oluruq. Gələcək üçün borcların və onun faizlərinin artması ölkəmiz üçün ciddi problemlər yaradacaq. Belə olan halda ixracatdan əldə etdiyimiz gəlirlərin böyük hissəsi borcların qaytarılması və faizlərin ödənilməsinə sərf ediləcək”.

ELÇİN

Yenicag.az