!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Latviya münasibətləri: XİN rəhbərləri bir-birinə məktub yolladı

!Reklam – Yazi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.

Yenicag.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, E.Məmmədyarov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarını təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb.

Məktubda həmçinin Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğu qeyd edilib, hər iki dövlətin müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

E.Rinkeviçs də, öz növbəsində, Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 1994-cü il yanvarın 11-də qurulub.

www.yenicag.az

3895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv