Azərbaycan millisi səfərdə Moldovaya qarşı

media-hightechnic-468x90

Bu gün futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan komandası səfərdə Moldova yığmasının qonağı olacaq. Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu matç komandalar arasında sayca 11-ci görüş olacaq. İndiyədək 10 oyunun 8-i yoldaşlıq, 2-si dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa