Azərbaycan millisinin hücumçusu Polşa klubuna keçib

media-hightechnic-468x90

juiiiiiiiipAzərbaycan millisinin daha bir voleybolçusu karyerasını ölkə xaricində davam etdirəcək.

Yığmamızın hücumçusu Polina Rəhimovanın ardınca Yana Ağayeva da legioner həyatı yaşamağa üstünlük verib.

Belə ki, son mövsümü “Azəryol”da keçirən 27 yaşlı hücumçu Polşanın “Atom” klubuna keçib. Milliləşdirilmiş legionerimiz son mövsümü bürünc medalla başa vuran Sopot təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Bu, 200 sm boya malik Ağayevanın ölkə xaricində ilk klubu deyil. 2012/2013 mövsümündə Cənubi Koreyanın “Hyundai” komandasında çıxış edən Ağayeva bu komanda ilə üçüncü yeri də tutub.

Qeyd edək ki, ondan öncə yeni mövsümü Rəhimova Cənubi Koreyanın “Hyundai” komandasında oynamağa qərar verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600