Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlandı
Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 23 futbolçuya dəvət göndərib.
Yığma avqustun 2-dən 4-dək Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.
| ADI, SOYADI | MÖVQEYİ | KLUBU | |
| 1 | Rza Cəfərov | qapıçı | Neftçi |
| 2 | Sahib Həsənov | qapıçı | Şamaxı |
| 3 | Rüstəm Samiqullin | qapıçı | Sabah |
| 4 | David Orucov | müdafiəçi | Neftçi |
| 5 | Cəlal Hüseynov | müdafiəçi | Zirə |
| 6 | Şirxan Həsənzadə | müdafiəçi | Qarabağ |
| 7 | Abdulla Rzayev | müdafiəçi | Şamaxı |
| 8 | Mirəli Əhmədov | müdafiəçi | Şamaxı |
| 9 | İbrahim Ramazanov | müdafiəçi | Qəbələ |
| 10 | Nihad Qurbanlı | müdafiəçi | Neftçi |
| 11 | Ədilxan Qarəhmədov | yarımmüdafiəçi | Səbail |
| 12 | Ramin Nəsirli | yarımmüdafiəçi | Neftçi |
| 13 | Veysəl Rzayev | yarımmüdafiəçi | Turan Tovuz |
| 14 | Camal Cəfərov | yarımmüdafiəçi | Sabah |
| 15 | Samir Məhərrəmli | yarımmüdafiəçi | Kəpəz |
| 16 | Murad Xaçayev | yarımmüdafiəçi | Sumqayıt |
| 17 | Rüfət Abdullazadə | yarımmüdafiəçi | Sumqayıt |
| 18 | Nazim Həsənzadə | yarımmüdafiəçi | Turan Tovuz |
| 19 | Vüsal Qənbərov | yarımmüdafiəçi | Səbail |
| 20 | İsmayıl İbrahimli | yarımmüdafiəçi | Qarabağ |
| 21 | Samir Abdullayev | yarımmüdafiəçi | Səbail |
| 22 | Nəriman Axundzadə | Hücumçu | Qarabağ |
| 23 | Mehrac Baxşəli | Hücumçu | Qəbələ |
Qeyd edək ki, İsmayıl İbrahimli və Nəriman Axundzadə komandaya avqustun 3-də qoşulacaq.












