Azərbaycan Ordusu daha iki əsgərini itirib

media-hightechnic-468x90

Esger olub tecili yardim 220812Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

Hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600