Azərbaycan Premyer Liqası: Bu gün “Qarabağ”-“Səbail” qarşılaşması keçiriləcək

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün birinci turun növbəti oyunu baş tutacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, son çempion “Qarabağ” “Səbail”lə mübarizə aparacaq. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi görüş “Azersun Arena”da saat 20:00-da başlayacaq.

Bu qarşılaşmada “Qarabağ”ın 2 aparıcı futbolçusu – müdafiəçilər Maksim Medvedevlə Kevin Medina zədə səbəbindən iştirak etməyəcəklər.

Ölkə çempionatında komandalar indiyədək 19 dəfə üz-üzə gəliblər ki, bunların da 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçinin xeyrinə başa çatıb, iki qarşılaşmada isə qalib müəyyənləşməyib. “Qarabağ” topların nisbətində aşkar üstünlüyə malikdir (38:7).
Ağdam klubu son 6 ev oyununda qələbə qazanıb, son 4 oyunda üç və ya daha çox qol vurulub.

Oyunu hakimlər Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Cəmil Quliyev, hakim-inspektor Babək Quliyev idarə edəcəklər.

Qeyd edək ki, mövsümün ilk qarşılaşmasında “Zirə” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Tura avqustun 7-də keçiriləcək “Şamaxı” – “Neftçi”, “Sabah” – “Sumqayıt” və avqustun 8-də oynanılacaq “Turan Tovuz” – “Qəbələ” görüşləri ilə yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05