Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı məktubu ünvanlayıb.
Yenicag.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli xanım Federal Kansler,
Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorozmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Yenicag.az
www.yenicag.az