Azərbaycan təbii qaz ixracını 4 %-ə yaxın artırdı
Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyard 452 milyon 681,05 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə Yenicag.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 996 milyon 879,78 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 3,9 %, dəyəri isə 9,9 % çoxdur.
Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,14 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb./report