Azərbaycan telekanallarında efirin əsas hissəsini hansı proqramlar təşkil edir - STATİSTİKA

media-hightechnic-468x90

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin dekabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 24,8 faizini təşkil edib.

media-banner_tkm

Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,2%, musiqi və əyləncə janrında olan proqramlar 12,7%, mədəni-maarif janrında olan proqramlar 8,1%, sosial yönümlü proqramlar 4,9%, yerli bədii filmlər 0,8% və xarici filmlər 4,3%, anons və elanlar 3,5%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,7%, cizgi filmlər 1%, teleticarət xarakterli proqramlar 0,5 %, uşaq proqramları 0,4% təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 42,4% təşkil edib. Reklam və sponsor təqdimatları 19,5%, seriallar (xarici istehsal) 7,2%-dir.

İctimai Televiziyada ümumi efirin ən çox hissəsini 25,3%-lə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 22,4%, musiqi və əyləncə proqramlar 9,3%-dir.

ATV-də reklam və sponsor təqdimatları 18,6%, musiqi və əyləncə janrında olan proqramlar 18,6% informasiya və analitik proqramlar ümumi efirin 14,5%-ni təşkil edib.

Space TV-də musiqi və əyləncə proqramları 20,4%, sosial yönümlü proqramlar 14,10%, reklam və sosial təqdimatları efir vaxtının 17,4%-ni təşkil edir.

Xəzər TV-də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,6 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19%, informasiya və analitik proqramlar 15,4% təşkil edir.

ARB televiziyasında musiqi və əyləncə janrında olan proqramlar 27,3%, reklam və sponsor təqimatları isə 20% təşkil edib. Həmçinin sosial yönümlü proqramlar 14,6%-dir.

Real TV və ARB24 telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir – müvafiq olaraq 61,6% və 81,5%.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05