Azərbaycan vasitəsilə Ermənistana qaz da göndəriləcək
Ermənistan Rusiyadan maye qazın Azərbaycan vasitəsilə dəmir yolu ilə Ermənistana gətirilməsi məsələsini müzakirə edir.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan bildirib.
“Qazı iki əsas ölkədən – İran və Rusiyadan idxal edirik. Məlum səbəblərə görə İranda müəyyən problemlər yaranıb və Rusiya ilə bağlı problemlər də Lars keçidi ilə bağlıdır, lakin bu problem çox tezliklə həll olunacaq. Rusiyadan Ermənistana dəmir yolu ilə maye qaz idxal etmək variantı müzakirə olunur. Rusiyanın maye qazı çox tezliklə Azərbaycan ərazisi vasitəsilə Ermənistana daxil olacaq”, – deyə o qeyd edib.












