Azərbaycan və ABŞ antiterror əməliyyatlarında əməkdaşlıq edəcək
Azərbaycan və ABŞ antiterror əməliyyatlarında əməkdaşlıq edəcək.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
Prezident qeyd edib ki, Azərbaycan və ABŞ arasındakə münasibət yeni mərhələyə qədəm qoyur:
“Bu gün imzaladığımız sənədlə bizim əməkdaşlığımızın müxtəliflər istiqaməti var. Təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik”.












