Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.
Yenicag-az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə İrəvanda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.
“Enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini, həmçinin qonşu Türkiyə və Azərbaycanla enerji bağlantılarının inkişafını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də “yaşıl keçid” prosesinə töhfə verə bilər”, – Ermənistanın Baş naziri bildirib.
Paşinyan Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının vacibliyini də qeyd edib və İrəvanın rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb./APA /













