Azərbaycan və Albaniya XİN rəhbərləri arasında görüş oldu

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.

C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb.

Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600