!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan arasında GƏRGİNLİK: "Hər iki tərəf ciddi şəkildə müharibəyə hazırlaşır"

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır”.

Bu sözləri Ermənistan Azərbaycan arasında artan gərginlik, eskalasiya və bunun nəticələrini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, hazırda əsl eskalasiya gedir:

“Tərəflər ciddi sürətdə müharibəyə hazırlaşır. Bunun əsas səbəbi də Qarabağın dağlıq hissəsindəki ermənilərin müstəqillik iddiaları və tarixi geriyə döndərmək cəhdləridir. Onlar prosesi 1988-ci ildəki həddə qaytarmaq istəyirlər. Ermənistanda revanşist qüvvələr də yardım edir. Düşünürəm ki, Nikol Paşinyanın özü də bu prosesin içərisindədir. Məsələni Rusiya, Fransa, İran qızışdırır.

Təhlükəli məqam yaranıb. Sülh danışıqlarında qət edilmiş nailiyyətlər əldən çıxa bilər. Üçüncü Qarabağ müharibəsi kimi müharibə baş verə bilər. Ya Qarabağda antiterror əməliyyatı başladılıb, Ermənistan ordusunun tör-töküntülərinə qarşı əməliyyat aparılacaq, ya da ki, Ermənistanın özünü necə aparmasından aslı olaraq Azərbaycan adekvat addımlar atacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv