Kİr Starmer yaxın günlərdə istefa qərarı verə bilər
Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsində qalıb-qalmayacağı ilə bağlı qərarı yaxın həftəsonunda qəbul edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Starmer ictimaiyyət qarşısında istefa vermək niyyətində olmadığını bəyan etsə də, hakim Leyborist Partiyasında ona qarşı narazılığın artdığını etiraf edir.
Məlumata görə, hökumət başçısı qərarını həyat yoldaşı Viktoriya və digər ailə üzvləri ilə məsləhətləşdikdən sonra verəcək. Hazırda təxminən 100 Leyborist deputatın onun istefasını tələb etdiyi bildirilir.
Nəşr yazır ki, Böyük Mançester meri Andy Burnham Starmerin partiya liderliyinə əsas potensial rəqiblərindən biri hesab olunur. Britaniyada siyasi gərginlik isə Leyboristlərin yerli seçkilərdə uğursuz nəticələrindən sonra daha da artıb.













