Azərbaycan və Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə olundu

media-hightechnic-468x90

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.

ADY-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə arasında yük dövriyyəsinin artırılması, eləcə də Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600