Azərbaycan vətəndaşı Rusiyada qətlə yetirilib

media-hightechnic-468x90

4d3dbc6245a3b08e987b3f57c5344e36Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib.

Qətlə yetirilən şəxs Zərdab rayonunun Pervanlı kənd sakini, 34 yaşlı Əhədov Asim Rasim oğludur. Hadisə avqustun 5-də Voloqda şəhərində baş verib. Əhədov Asim Rasim oğlu və onun əmisi oğlu Şükür Əhədov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. A. Əhədovun ürək nahiyəsindən aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Mərhumun cənazəsi doğulduğu rayona gətirilib və Pərvanlı kənd qəbiristanlığında dəfn olunub.

Məlumata görə, Ş. Əhədov isə hazırda xəstəxanadadır, vəziyyəti ağır olaraq qalır. Kənd sakinlərinin dediyinə görə, 1 qız atası olan A. Əhədov 1 il 8 ay imiş ki, qazanc dalınca Rusiyaya gedibmiş.

Hadisənin hansı şəraitdə baş verdiyi, kim tərəfindən törədildiyi hələlik məlum deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600