"Azərbaycan yüzillərlə GERİ SALACAQDILAR" - Ramiz Mehdiyevə bağlı olan KİMLƏRDİR?

media-hightechnic-468x90

“Daim xalqı narazı salmağa çalışıblar ki, vaxtı gəldikdə öz tərəflərinə rahatlıqla çəkə bilsinlər”.

media-394942

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, dövlətə xəyanət ittihamı ilə məsuliyyətə cəlb olunan Ramiz Mehdiyev və onunla əlaqəli olduğu bildirilən 50 nəfərlik siyahı barədə fikirlərini bölüşüb.

Partiya sədri bildirib ki, vaxtilə Ramiz Mehdiyevin ayağını dəsmalla silənlər də indi çıxıb nəsə danışmaq istəyir:

“Bəzi insanlar hələdə istəyirlər ki, fikri dövlət çevrilişi məsələsindən yayındırsınlar. Onların hər biri Razmiklə (Ramiz Mehdiyevi nəzərdə tutur – Red.) əlbir olan insanlardır. 2-3 il də keçsə idi Azərbaycan 100 illərlə geri düşəcəkdi. Çünki ifşa olunan məktubda rus ordusunun Azərbaycana qaytarılmasına qədər hər bir məsələ öz əksini tapmışdı.

Razmikin kök saldırdıqları bu gün parlamentdə də var. Onlar istintaqın sona çatmasını istəmirlər. Lakin onunla əlbir olan hər kəs tutulmalıdır. Çünki daim xalqı narazı salmağa çalışıblar ki, vaxtı gəldikdə öz tərəflərinə rahatlıqla çəkə bilsinlər.

Əziz xalqımız tələsir ki, niyə həbslər sürətli şəkildə aparılmır. Çünki iş bölgüsü aparılmışdı. Misal üçün xarici ölkələrdə məsələnin legitimləşdirilməsi istiqamətdə fəaliyyəti keçmiş XİN rəhbəri öz üzərinə götürmüşdü. Milli təhlükəsizlik orqanlarında leqallaşdırma işinə Eldar Mahmudov baxacaqdı. Ziya Məmmədov başqa bir işə baxacaqdı və s. Qısacası, konkret olaraq iş bölgüsü aparılıb və Moskva ilə əlaqələndirilən məsələlər var.

Razmikin adamları hazırda şantajla məşğuldur. Dövlətin əldən getməsində ona yardım edən insanlar təcili olaraq dövlətin içindən çıxmalıdır. Parlament də təcili buraxılmalıdır. Çünki Prezident İlham Əliyevə xəyanət edən nə qədər adam var hamısı parlamentdədir. Bir sözlə, nə qədər saxta iş var, nə qədər dövlətə xəyanət məsələsi var hamısını Ramiz Mehdiyev görüb”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa