Azərbaycana qar yağır

media-hightechnic-468x90

238727Noyabrın 18-i səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin rayonlarına qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən  bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Maraqlısı odur ki, qar həmişəkindən fərqli olaraq dağlıq yaşayış məntəqələrində deyil, dağətəyi ərazilərdə yağmağa başlayıb. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Amma dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperaturun aşağı düşməsi müşahidə edilir. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir(Azərtac).

media-ziraat-728x90

Azərbaycana qar yağır

media-hightechnic-468x90

9e127e7e478992e2a0b48be351119976Azərbaycanın şimal bölgəsinin bəzi ərazilərində qar yağır.

Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü artıq 10 santimetrdir. Rayonun Qırız kəndində, eləcə də Qusarın Ləzə kəndində qarın hündürlüyü 2 sm-ə çatıb. Hazırda bu ərazilərdə yağıntı davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600