“Azərbaycana tətbiq olunan məhdudiyyətlərin aradan qalxması da sevindiricidir”

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh müqaviləsi layihəsi ilə bağlı açıqlama verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabineti toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin artıq aradan qalxması da sevindiricidir. Məmnunluğumuzu telefon danışığı zamanı bildirdim. Bu gün eyni mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım. Bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin inkişafı bütün region ölkələrinin xeyrinə olacaq”, – o bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05